AZ

Vaşinqton Qəzzaya qoşun göndərməyəcək- Ağ Ev

ABŞ Qəzza zolağına qoşun göndərmək niyyətində deyil. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.

"Tramp Qəzzaya qoşun göndərməyəcəyini açıq şəkildə bildirib. Onun bunu etmək niyyəti yoxdur. O, həmçinin açıq şəkildə bildirib ki, ölkənin vergi ödəyiciləri bu səyləri maliyyələşdirməyəcəklər” Leavitt bildirib.

Bundan əvvəl Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında Vaşinqtonun Qəzza zolağını geri almağa və Fələstin anklavını təmizləməyə başlamağa hazır olduğunu bildirib.
 
Aytac




www.anews.az
Seçilən
102
16
anews.az

10Mənbələr