Azercell-in dəstəyi
ilə fəaliyyət göstərən xidmətə ötən il ərzində 3500-dən çox müraciət daxil olub
2024-cü il ərzində
Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə (AUQX) ümumilikdə 3635 müraciət daxil
olub. 24/7 rejimdə müraciətlərin qəbulunu təmin edən xidmət uşaqların və ailələrin
problemlərinə operativ dəstək göstərib.
Daxil olan
sorğuların ilkin emalından sonra 140 ailə ilə fərdi görüşlər təşkib olunub, bu
ailələrin uşaqları ilə sosial-psixoloji
reabilitasiya işləri həyata keçirilib, hüquqi, psixoloji və psixososial yardım
göstərilib. Həmçinin daxil olan müraciətlərə əsasən 62 məktəb və ailəyə təcili-təxirəsalınmaz
səfərlər təşkil edilib.
Zənglərin təsnifatına
gəldikdə, hesabat ilində AUQX-ə daxil olan müraciətlərin əksəriyyəti uşaqların
hüquqlarının qorunması, psixoloji dəstək və sosial problemlərin həlli ilə bağlı
olub. Belə ki, hüquqi sahə ilə bağlı 1090, psixoloji problemlərlə əlaqəli 618,
sosial sahəyə aid 364, təhsil üzrə 290, səhiyyə üzrə 73 müraciət daxil olub.
Digər zənglər isə ümumi xarakterli suallar, xidmət haqqında məlumat sorğuları və
digər müxtəlif mövzularla əlaqəli olub.
Müraciətlərin
1999-u kişilər tərəfindən, 1236-sı qadınlar tərəfindən, 400-ü isə anonim şəkildə
edilib. Zənglərin yaş təsnifatına əsasən, onların 2799-u 18 yaşdan yuxarı,
436-sı isə 18 yaşdan aşağı uşaqlardan gəlib, qalan müraciətlər anonim olub.
Xidmət fəaliyyətini
müvafiq dövlət qurumları və qeyri-hökümət təşkilatları ilə əməkdaşlıqda həyata
keçirir. Eyni zamanda hər il əhalinin məlumatlılığının artırılması, qaynar xəttə
daha çox diqqətin cəlb edilməsi, uşaq və yeniyetmələr üçün əlçatanlığın təmin
edilməsi məqsədilə qaynar xətt xidmətinin əməkdaşları tərəfindən müxtəlif
maarifləndirilmə tədbirləri həyata keçirilir.
"Uşaq Qaynar Xətt”i
116111 qısa nömrəsi, 4 mobil xətt (+994 50 680 22 80, +994 51 580 22 80, +994
51 880 11 80, +994 51 880 22 80), elektron poçt ([email protected]),
Facebook və Instagram sosial şəbəkələri, "uşaqqaynarxetti” mobil tətbiqi, həmçinin
AUQX veb-saytındakı canlı çat üzərindən xidmət göstərir.
www.anews.az