Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən Anna Sofia Obrien İtaliyada keçirilən “Egna Dance Trophy” adlı yarışda iştirak edib.
Qış İdman Növləri Federasiyasından 90deqiqe.Az -a verilən məlumata görə, ritm və sərbəst proqram üzrə çıxış edən idmançı 129.35 xalla 3-cü yeri tutub.
Qeyd edək ki, yarışda 15 ölkədən ümumilikdə 18 idmançı mübarizə aparıb.