Səudiyyə Ərəbistanı Pro Liqasının 19-cu turunda türkiyəli baş məşqçi Fatih Terimin sükanı arxasında olduğu “Əl-Şəbab” “Əl Khaleej”lə qarşılaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ilk hissə 1-1 hesabı ilə bitib. İkinci hissədə isə Terimin komandası 4 qol ataraq meydandan 5-1 hesablı qələbə ilə ayrılıb.
Fərid ASLAN
MİA.AZ