AZ

AAF-ın Texniki Komitəsinin iclası keçirilib

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mənzil-qərargahında federasiyanın Texniki Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, AAF-ın vitse-prezidenti Firdovsi Umudovun rəhbərliyi ilə baş tutan toplantıda yanvarın 25-26-də keçirilmiş Azərbaycan çempionatının hesabatı dinlənilib.

İclasda hakimlərə lisenziyaların verilməsi, onların peşəkarlığının artırılması istiqamətində fikir mübadiləsi aparılıb. Daha sonra mart ayında təşkil olunacaq yeniyetmələrin ölkə birinciliyinə ilkin hazırlıqlarla bağlı müvafiq tapşırıqlar verilib.

İdman.biz

Seçilən
44
5
idman.biz

6Mənbələr