AZ

"Mançester Yunayted" Harri Keyni transfer etmək istəyir

"Mançester Yunayted"in ortaq sahibi Cim Ratkliff hazırda "Bavariya"da çıxış edən hücumçu Harri Keyni heyətinə qatmaq istəyir.

90deqiqe.Az xəbər verir ki, bu barədə "TBR Football" məlumat yayıb.

Mənbəyə görə, ingilis milyarder 31 yaşlı hücumçunun böyük pərəstişkarıdır və onu 2023-cü ildə almağı düşünsədə keçid reallaşmamışdı və indi "Bavariya"nın hücumçusunun müqaviləsində 65 milyon avroluq sərbəst qalma müddəasının ödəyərək almaq istədiyi qeyd olunub.

Keyn 2023-cü ilin yayında "Bavariya"ya keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 72 matçda iştirak edib, 70 qol vurub, 22 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.

Seçilən
28
90deqiqe.az

1Mənbələr