AZ

Tramp erməni kəşfiyyatçını səfir təyin etdi

ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı, erməni əsilli Maykl Kavukyanı Norveçə səfir təyin edib.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Amerika lideri bu barədə “Truth” sosial şəbəkəsində yazıb.

 

“Məmnuniyyətlə bildirmək istəyirəm ki, Birləşmiş Ştatların Norveç Krallığındakı növbəti səfiri Maykl E. Kavukyan işıqlı vəkildir”, - Tramp bildirib.

 

Qeyd edək ki, Kavukyan əvvəllər MKİ-nin əməkdaşı olub, Stenford Universiteti və Harvard Hüquq Məktəbinin məzunudur.

Seçilən
61
50
senzor.az

10Mənbələr