AZ

"Spartak"da yeni hücumçu

“Spartak” klubu heyətini yeni hücumçu ilə gücləndirib.

 90deqiqe.Az xəbər verir ki,  sözügedən komanda Yunanıstan AEK-nin hücumçusu Levi Qarsiyanı heyətinə qatıb. 27 yaşlı futbolçusu ilə 3 il yarımlıq müqavilə imzalanıb. Levi Qarsiya "Spartak"da 11 nömrə altında çıxış edəcək.

Qarsiya artıq BƏƏ-dəki qış təlim-məşq toplanışında “qırmızı-ağlar”la işləməyə başlayıb. "Spartak" transferin şərtlərini açıqlamayıb.

 "Qırmızı-ağlar"ın Qarsiya üçün 20 milyon avro ödəyəcəyi bildirilir.

"Spartak" hazırda Rusiya Premyer Liqasının turnir cədvəlində üçüncü yeri tutur.

Seçilən
21
90deqiqe.az

1Mənbələr