AZ

Fransanın keçmiş prezidenti bu gündən elektron qolbaq taxmalı olacaq

Fransanın keçmiş prezidenti Nikoly Sarkozi bu gün "dinləmə" işi üzrə hökmün icrası çərçivəsində elektron qolbaq almaq üçün məhkəməyə gəlməlidir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “France Presse” agentliyi məlumat yayıb.

"Nikola Sarkozi bu gün telefon danışıqlarının dinlənilməsi işi üzrə elektron qolbaq taxmalıdır", - mənbə bildirib.

Onun məlumatına görə, səhər saatlarında qolbaq hələ taxılmamışdı.

Ötən həftə N.Sarkozi hökmün icra şərtləri barədə məlumatlandırılması üçün Paris məhkəməsinə çağırılmışdı.

Seçilən
13
7
report.az

10Mənbələr