AZ

Fevral ayında Kamera və Orqan Musiqisi Zalının səhnəsində baş tutacaq konsertlər

18 fevral tarixində Azərbaycan Dövlət Simli Kvartetinin "Kamera musiqisi axşamı" adlı maraqlı konserti baş tutacaq. Proqramda S.Barber simli kvartet (b-moll, op.11) F.Schubert 14 saylı simli kvartet "Ölüm və qız" (d-moll ) dinləyicilərə təqdim olunacaq.

20 fevral tarixində Barokko musiqisinə həsr olunmuş  tədbirdə dinləyicilər qədim dövrə səyahət edəcəklər. Musiqili gecədə solistlər Xurşid Abdullayeva (klavesin) və İlham Nəzərov (kontratenor) A.Vivaldi, J.S.Bach, D.Scarlatti, G.F.Handel, G.B.Platti, D.Cimarosanın əsərlərini səsləndirəcək.

21 fevral tarixində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin artistlərinin iştirakı ilə Kamera musiqisi axşamı baş tutacaq. Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.

26 fevral tarixində Xocalı Soyqırımına həsr olunmuş "Orqan musiqisi axşamı" adlı anım gecəsi keçiriləcək.Tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə orkestrinin (bədii rəhbər və dirijor Üzeyir Məmmədov) müşayiəti  ilə solistlər Azərbaycan Respublikasının əməkdar artistləri Fəridə Məmmədova (soprano) və İlham Nəzərov (kontratenor), beynəlxalq müsabiqələr laureatları Nigar Məmmədova (orqan) və Əliheydər Aydın (orqan) dinləyicilər qarşısında çıxış edəcək. Proqramda J.S.Bach, J.B.Pergolesi, T.Albinoni, J.Haydn, F.Liszt və Q.Qarayevin əsərləri dinləyicilərə təqdim olunacaq. Konsertin bədii rəhbəri əməkdar incəsənət xadimi, professor Tahirə Yaqubovadır.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
10
milli.az

1Mənbələr