AZ

“Сыроварня” restoranı dövlət dilini kobud şəkildə pozur

Paytaxtda fəaliyyət göstərən restoranlardan biri dövlət dili ilə bağlı qaydaları kobud şəkildə pozub.

XəzərNews.az xəbər verir ki, “Сыроварня” adlı restoranın girişində obyektin adı rus dilində qeyd olunub.

Paytaxın Zərifə Əliyeva küçəsində yerləşən bu restoranla bağlı artıq neçə müddətdir heç bir tədbir görülmür.

Azərbaycan dilinin dövlət dili olması səbəbindən kommersiya obyektlərinin adlarında Azərbaycan dilinin istifadə olunması tələb olunur.

Xatırladaq ki, Azərbaycan Respublikasının "Dövlət dili haqqında" qanununa əsasən, hüquqi şəxslərin və kommersiya obyektlərinin adlarında Azərbaycan dilinin istifadəsi üstünlük təşkil etməlidir.

Xəbər 6 dəfə oxunub.
Seçilən
31
xezernews.az

1Mənbələr