AZ

ABŞ-ın Tennessi ştatında güclü qasırğa nəticəsində iki nəfər ölüb

ABŞ-ın Tennessi ştatında güclü qasırğa nəticəsində iki nəfər həyatını itirib. Ştat rəsmilərinin bildirdiyinə görə, şiddətli fırtına Morqan County-nın çox hissəsini təsir edib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bölgədə eyni evdən olan ana və qızı fırtına nəticəsində həyatını itirib.

Morgan County Fövqəladə Hallar İdarəsi və Daxili Təhlükəsizlik Agentliyi verdiyi açıqlamada fırtınada 3 nəfərin yaralandığını bildirib.

Açıqlamada şiddətli fırtınanın "ciddi maddi ziyana, yaralanmalara və insan tələfatına" səbəb olduğu bildirilir.

"PowerOutage.us"un məlumatına görə, fırtına səbəbindən bölgədə 2700-dən çox insan işıqsız qalıb.

Morgan County məktəb bölgəsinin saytında verilən açıqlamaya görə, fevralın 7-də fırtınanın vurduğu "əhəmiyyətli ziyan" səbəbindən rayondakı bəzi məktəblərin fəaliyyəti dayandırılıb.

QAZİLER.AZ

Seçilən
4
2
qaziler.az

3Mənbələr