Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının mükafatlandırma mərasimi baş tutub.
Bakı İdman Sarayında təşkil olunan tədbirdə Azərbaycan Kamandan Oxatma Federasiyasının rəsmi şəxsləri və digər qonaqlar iştirak ediblər.
Final qarşılaşmalarından sonra ilk "üçlüy"ə düşən idmançılar mükafatlandırılıb.
Qeyd edək ki, 3 gün davam edən turnirdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 60-a yaxın idmançı mübarizə aparıb. Kişi və qadın oxatanlar örtülü salonda üç yaş kateqoriyası (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) üzrə hədəfi 18 metrdən nişan alıblar.