Ukrayna Macarıstan və Slovakiyadan təbii qaz idxalını durmadan artırır.
Editor.az xəbər verir ki, bu barədə Ukrayna Qaz Ötürmə Sistemi Operatoru məlumat yayıb.
Qeyd olunub ki, fevralın 6-da 10,9 milyon kubmetr, fevralın 7-də isə 14,1 milyon kubmetr qaz idxal edilib. Həmçinin, Ukraynanın Energetika Nazirliyi fevralın 7-də Aİ-yə biometan ixracı barədə məlumat verib – 67 min kubmetr tədarük edilib ki, bu da gündəlik idxaldan 208 dəfə azdır.
//Gülnarə Abasova, Editor.az