AZ

Kürdəmirdə rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib

Fevralın 7-də Kürdəmir rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib.

Açılış mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib. Baş prokurorluğun rəhbərliyinin də iştirak etdiyi tədbirə, həmçinin digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşları qatılıblar.

AZƏRTAC xəbər verir ki, əvvəlcə mərasim iştirakçıları yeni inzibati binanın foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, dahi rəhbərin unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Tədbiri açan Baş prokuror Kamran Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində milli prokurorluq orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti təşkil olunub. Qeyd edilib ki, cəmiyyətdə özünəməxsus yer tutmaqla konstitusion statusa malik prokurorluq orqanları dövlət idarəetməsində mühüm əhəmiyyət daşıyır. Vurğulanıb ki, “Konstitusiya və Suverenlik İli”ndə prokurorluq orqanlarının yeni inzibati binasının istifadəyə verilməsi əlamətdar hadisədir.

Kamran Əliyev prokurorluq orqanlarında aparılan kompleks islahatlar və sağlam iş mühitinin formalaşdırılması məqsədilə görülən məqsədyönlü tədbirlərdən söz açıb.

Yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Baş prokuror, Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirərək, kollektivə uğurlar arzu edib.

Sonra iştirakçılar Kürdəmir rayon prokurorluğu üçün yeni tikilmiş binada yaradılan şəraitlə tanış olublar.

Baş prokuror prokurorluq orqanlarının istifadəsinə verilmiş, müasir standartlara cavab verən və kriminalistik avadanlıqlarla təchiz olunmuş xidməti avtomobillərə baxış keçirib.

Seçilən
80
17
yeniazerbaycan.com

10Mənbələr