AZ

Almaniya Ukrayna müharibəsi başlayandan bəri Kiyevə 44 milyard avro ayırıb

Ukraynada münaqişə başlayandan bəri Almaniya Kiyevə təxminən 44 milyard avro dəyərində yardım edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt bildirib.

“Almaniya müharibənin əvvəlindən bəri təkcə hərbi deyil, həm də maliyyə resursları, habelə Ukraynadan olan qaçqınların yerləşdirilməsi və saxlanması üçün xərclər də daxil olmaqla, yardıma təxminən 44 milyard avro sərmayə qoyub. Bu məbləğ həqiqətən əhəmiyyətlidir”, – deyə o vurğulayıb.

Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür. 2025-ci ilin büdcə layihəsinə görə, ölkə Ukraynaya hərbi dəstək üçün təxminən 4 milyard avro ayırmağı planlaşdırır ki, bu da 2024-cü illə müqayisədə iki dəfə çoxdur, lakin büdcə hələ Bundestaq tərəfindən təsdiq edilməyib.

Seçilən
0
1
nocomment.az

2Mənbələr