AZ

İstanbulda polisə hücum: xəsarət alanlar var

Türkiyənin İstanbul şəhərində polis əməkdaşlarına hücum olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bağcılar rayonunda naməlum şəxs yol kənarındakı polis avtomobilinə yaxınlaşaraq bir müddət ətrafı müşahidə edib. O, daha sonra qapını açaraq bıçaqla biri qadın olmaqla üç polis əməkdaşını yaralayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Şübhəli şəxs isə saxlanılıb.

Hadisənin səbəbi məlum deyil.

Seçilən
64
9
publika.az

10Mənbələr