AZ

Rəsmi Paris: “Bizim BCM-yə qeyd-şərtsiz dəstəyimiz davam edəcək"

"Fransa Trampın Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) sanksiya tətbiq etmə qərarınə qəbul etmir. Cəzasızlıqla mübarizədə əsas rol oynayan Beynəlxalq Cinayət Məhkəməsi və onun əməkdaşlarına qeyd-şərtsiz dəstəyimizi bir daha bildiririk”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemoine həftəlik mətbuat konfransında ABŞ prezidenti Donald Trampın BCM-yə sanksiya tətbiqinə sanksiyasına münasibətdə deyib.

XİN sözçüsü bildirib ki, bu məsələ ilə bağlı rəsmi Parisin mövqeyi dəyişməzdir: "Fransa Avropa və Roma Nizamnaməsi tərəfləri ilə birlikdə BCM-nin öz mandatını müstəqil və qərəzsiz yerinə yetirməyə davam etməsi üçün əlindən gələn hər şeyi edəcək. Biz BCM-nin Netanyahuya qarşı həbs qərarı ilə bağlı Roma Statutuna tam əməl edəcəyik".

Zülfiyyə Mustafayeva

MİA.AZ

Seçilən
52
mia.az

1Mənbələr