AZ

Ərəblərin başgicəlləndirici təklifi ağlını başından alıb – “Real”ın hücumçusunun

“Real”ın hücumçusu Vinisius Juniorun Səudiyyə Ərəbistanından gələn böyük təklifə münasibəti məlum olub.

Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu şəxsi söhbətlərində bu təklifin xüsusiyyətləri və başgicəlləndirici məbləğlərin istənilən oyunçunu düşündürdüyünü gizlətmir.

Səudiyyə Ərəbistanı klublarından birinin Vinisiusa müqavilənin bütün müddəti üçün 1 milyard avro maaşla 5 illik sözləşmə təklif etdiyi bildirilirdi.

Vinisiusun Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Onun təxmini dəyəri 200 milyon avrodur.

Seçilən
18
sportinfo.az

1Mənbələr