AZ

Paşinyanın "soyqırım" siyasətindən geri çəkilməsi Zaxarovanı təəccübləndirdi...

Image

Mariya Zaxarova: "...ermənilərin tarixən müəyyən edilmiş mütləq konsensus mövqeyindən fərqli yanaşacağını heç vaxt gözləmirdim"
Nikol Paşinyan: "44 günlük müharibə Ermənistana müstəqil və suveren olmağa imkan verib”

Fevralın 6-da keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın erməni soyqırımı ilə bağlı son qalmaqallı açıqlamalarına münasibət bildirib.

Zaxarova deyir ki, "44 günlük müharibə Ermənistana müstəqil və suveren olmağa imkan verib” bəyanatı ilə Nikol Paşinyan nə demək istəyib, bunu Ermənistan Baş nazirinin ofisindən soruşmaq lazımdır”.

“Bilirsiniz, düzünü desəm, mən bu məsələyə həm Ermənistan dövlətinin, həm Ermənistan xalqının, həm də bir etnik qrup kimi ermənilərin tarixən müəyyən edilmiş mütləq konsensus mövqeyindən fərqli yanaşacağını heç vaxt gözləmirdim. Mən heç vaxt düşünmürdüm ki, bu möhkəm mövqe, yenə deyirəm, illərlə əziyyət çəkmiş, formalaşmış erməni cəmiyyətinin özündən hansısa dəyişikliyə məruz qalacaq. Görürsünüz, son vaxtlar nə cür ifadələr eşidirik. Mən indi Davosdakı bəyanatlardan danışıram. Amma yenə deyirəm, bu bizim üçün məsələ deyil", - Mariya Zaxarova deyib.

Bəli, məhz bu, Rusiya üçün çox ağrılı məsələdir. Çünki Pasinyan Kremlin 70 il əzizlədiyi, inkişaf etdirdiyi bir ideyanin üstündən qara xətt çəkdi, onun saxta olduğunu deməyə cəsarət tapdı.

Nikol Paşinyan İsveçrənin erməni icması ilə görüşündə deyib ki, erməni xalqı "soyqırımı" mövzusu üzərində bir daha düşünməlidir. Axı niyə ötən əsrin əvvəllərində baş vermiş hadisələrə 30 il "soyqırımı" deyilməyib və qəflətən 1950-ci illərdə ortaya "genosid" məsələsi çıxıb? Bəli, ermənilərə kim mane olurdu ki, soyqırım faktını dərhal dünyaya bəyan etməyiblər, 30 ildən sonra - 1950-ci ildə kimsə bunların yadına salıb ki, 1914-cü ildə türklər ermənilərə qarşı soyqırımı törədib?

Tarixçilərə görə, İkinci Dünya müharibəsindən sonra Stalin Türkiyədən onun şərq rayonlarını tələb edib. Söhbət Qars və Ardahan bölgələrindən gedir ki, ermənilər bu əraziləri "Qərbi Ermənistan" hesab edirlər. Türkiyə isə, təbii ki, Stalinə rədd cavabı verib.

Üstəgəl, Türkiyə 1952-ci ildə SSRİ-nin yaratdığı Varşava Müqaviləsi hərbi blokunun rəqibi olan NATO-ya üzv oldu. Bundan sonra sovet təbliğat maşını 1914-cü ildə xəyanətə görə Osmanlının (Türkiyə) sərhəd bölgələrindən erməniləri ölkənin dərinliklərinə köçürməsi prosesini "genosid" kimi qələmə verərək, Türkiyəyə təzyiq etməyə başladı. Sovet İttifaqının ürəyi bununla da soyumadı, Türkiyədə PKK terror təşkilatını yaratdı və müxtəlif yollarla onu dircəltdi ki, ondan dövləti zəyiflədərək qisas alsın.

Keçmiş SSRİ-nin varisi olan Rusiya Federasiyası isə "erməni soyqırımı" kartından müasir mərhələdə də Türbəyəyə qarşı istifadə etmək fikrinə düşüb və bu ideyanı inkişaf etdirməyə dəstək verib. Bunun artdınca hazır ideyadan Qərb, Amerika və digər Türkiyəni istəməyən ölkələr istifapdə etməyə başlayıb. Beləliklə həm erməni-turk, həm də erməni-azərbaycanlı düşmənçiliyi Rusiyanın və digər dünya güclərinin əlində bölgəyə nəzarət etmək, onu öz xeyirlərinə idarə etmək və yönləndirmək alətinə çevrilib.

Məhz buna görə, illərdir Turkiyə təklif edir ki, gəlin ortaq bir komissiya yaradaq, bütün arxivləri açaq və araşdıraq. Görək biz ermənilərə qarşı nə vaxt soyqırım törətmişik, həmin dövrdə neçə erməni öldürülüb və s.

Odur ki, bu kontekstdə Moskvanın əndişəsini Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın dilindən eşitmək heç də təəccüblü bir məsələ deyil.

Nikol Paşinyan bu siyasəti ilə həm Rusiyanin əlindəki "erməni soyqırımı" kartını yandırır, həm də erməni icmasından xalq düzəltməyə cəhd göstərir. Burinci məsələ artıq həllini tapıb, erməni dövlətinin başçısı iddia edir ki, "erməni soyqırımı" saxtadır. İkinci məsələnin həllinə isə nail olmaq üçün onilliklər gərəkir. Xəstə bir icmadan millət düzəltmək ideyası müasir Ermənistan üçun çox ağır yükdür. Çünki bunu indiki Ermənistan iqtidarından başqa nə daxildə, nə də xaricdə heç kim iştəmir.

Akif NƏSİRLİ





Seçilən
46
baki-xeber.com

1Mənbələr