![Azərbaycan](https://ulusum.az/uploads/posts/2025-02/3d9f7288ff_tdeh98w5e6bz8mn8gvc0oyhkmcpsuknbdnmkqwwq.webp)
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə nazirlikdə geniştərkibli kollegiya iclası keçirilib.“Ulusum”.az xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.Bildirilib ki, iclasda Xarici İşlər Nazirliyinin rəhbər heyəti və struktur bölmə rəhbərləri iştirak edib.Eyni zamanda Azərbaycan Prezidentinin müəyyən etdiyi xarici siyasət xəttinə uyğun olaraq 2024-cü il üzrə Xarici İşlər Nazirliyi tərəfindən görülən işlər, 2025-ci il üzrə əsas prioritetlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.Bundan başqa, iqtisadi, iqlim və humanitar diplomatiya, beynəlxalq yardım səyləri, postmünaqişə dövründə diplomatik faəliyyət, xaricdə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə işlərlə bağlı fikir mübadiləsi aparılıb.İclasda həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin fəaliyyətinin təşkili məsələləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Diqqət Çəkənlər
Mətbəxin sirri - Analar üçün
Heç Kim Ona İnanmırdı… O, Azərbaycan Tikinti Sektorunda Yeni Dövr Açdı
Hərbi Prokurorluq: Bu il hərbi cinayətlərin 100% açılıb