![Dərinin susuz qaldığını necə anlamaq olar? -](https://e-saglam.az/storage/news/middle/images/2025/2/susuz-derinin-elametleri.webp)
Dərinin susuz qalması bir sıra əlamətlərlə özünü göstərə bilər.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, əgər dərinizdə aşağıdakı dəyişiklikləri müşahidə edirsinizsə, bədəninizin daha çox nəmləndirilməyə ehtiyacı ola bilər.
1. Solğun dəri
Nəmlik çatışmazlığı dərinin parlaqlığını azaldır və onu solğun göstərə bilər. Sağlam dəri yumşaq və parlaq görünür, lakin susuzlaşmış dəri mat və cansız ola bilər.
2. İncə xətlər
Qocalma və günəşə məruz qalmaq qırışlara səbəb olsa da, susuzlaşmış dəri daha çox incə xətlərin yaranmasına gətirib çıxara bilər. Kifayət qədər nəmlənmə dərini dolğunlaşdıraraq yüngül qırışları azaltmağa kömək edir.
3. Qaşınma
Quru və susuzlaşmış dəri tez-tez qaşınma ilə müşayiət olunur. Nəmlik çatışmazlığı dəridə kiçik çatların yaranmasına səbəb ola bilər və bu, mikrobların daxil olmasına imkan yarada bilər.
4. Batıq gözlər
Nəmlik çatışmazlığı gözaltı bölgədə qara dairələrin və batıq görünüşün yaranmasına səbəb ola bilər. Göz ətrafı dəri nazik olduğu üçün nəmlik itkisi burada daha çox nəzərə çarpır.
5. Çimdik testi
Dərinin susuz olub-olmadığını anlamaq üçün sadə bir test tətbiq edə bilərsiniz. Barmaqlarınızla qolunuzdakı dərini yüngülcə sıxıb buraxın. Əgər dəri dərhal əvvəlki formasına qayıdırsa, kifayət qədər nəmlənmişdir. Yox, əgər gec qayıdırsa, bu, susuzlaşmanın göstəricisidir.
Bədəninizin və dərinizin sağlam qalması üçün gündə kifayət qədər su içməyi unutmayın!
Tərcümə: Könül Oruc