AZ

Premyer Liqanın ƏN YAXŞI məşqçisi oldu

İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı məşqçisi məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

“Bornmut”un baş məşqçisi Andoni İraola hamını qabaqlayıb. İspaniyalı mütəxəssisin çalışdırdığı komanda ötən ay 4 matça çıxaraq 3 qələbə qazanıb, 1 dəfə isə heç-heçə edib.

Qeyd edək ki, hazırda "Bornmut" turnir cədvəlində 40 xalla 7-ci yerdədir. Lider "Liverpul"un 56 xalı var.

Bizim.Media

Seçilən
33
3
bizim.media

4Mənbələr