AZ

ABŞ hədələdi, İran sərt cavab verdi, vəziyyət pisləşir: Müharibə başlayır? - AÇIQLAMA

"İlk növbədə, düzgün başa düşmək lazımdır ki, ABŞ-la danışıqların ölkənin problemlərinin həllinə heç bir təsiri yoxdur. Bizdə elə təəssürat yaratmasınlar ki, o hökumətlə oturub-dursaq problemlər həll olunacaq. Xeyr, ABŞ-la danışıqlar heç bir problemi həll etməyəcək. Çünki təcrübə bunu göstərir".

Bunu İran ali dini lideri Ayətullah Əli Xamenei bu gün paytaxt Tehranda Hava Hücumundan Müdafiə Qüvvələrinin komandirləri ilə görüşü zamanı deyib.

Həmçinin bildirib ki, Amerika bizi hədələsə, təhlükəsizliyimizə qəsd etsə, biz də onlara qarşı eyni addımı atacağıq. Digər tərəfdən isə ABŞ prezidenti Donald Tramp ard-arda İranla bağlı kəskin, qəti açıqlamalar verməkdə davam edir. İrana qarşı sərt davranmalı olduğunu” bildirən Tramp bunun səbəbinin “nüvə silahı” olduğunu bildirir.

Maraqlıdır görəsən, hər 2 ölkə rəhbərlərinin bu kimi açıqlamaları nəyə işarədir? Bunu "müharibə anonsu" adlandıra bilərik? Turkustan.az olaraq suallarımızı politoloq Oqtay Qasımova ünvanladıq.

Xameneinin açıqlamaları əslində təəccüblü sayılmamalıdır. Çünki İran rəhbəri Amerika ilə sərt xəttin tərəfdarlarındandır. Tramp səlahiyyətlərinin icrasına başlayana qədər onun kamanda üzvlərindən İranla bağlı müxtəlif təkliflər gəlirdi. Bu təkliflərdən biri də İranın vurulması idi. Bildirildi ki, İranın zəif vaxtıdır və indi zərbələr endirməyin tam sırasıdır. ABŞ-ın çəkisi 10 tondan artıq olan yeni raketlərin İsrailə verməsi İsrailə ciddi üstünlüklər qazandırır. Əslində bu raketlər yerin dərin qatlarının vurulması üçün nəzərdə tutulub və qeyri-nüvə raketləri içərisində ən güclüsü hesab edilir. Tramp İsraili İranı vurmaq üçün müəyyən vəsaətlərlə təmin edir, bu da İrana qarşı güclü təhdiddir. İran və Amerika arasında aparılan danışıqların şərti bəllidir. Amerika İranın nüvə proqramından əl çəkməsini istəyir və bunun yalnız enerji məqsədi ilə istifadəsinə razılıq verir. Bunu Tramp özü də açıqlayıb. Ancaq bu açıqlamalarda müəyyən ziddiyyətlər var. Görünən odur ki, İran xalqı ilə rejimi ayrı tutulur.

Açığı Tramp sürpriz qərarlar verən bir liderdir. Ona görə hansı addım atacağını öncədən proqnoz etmək olmur. Ancaq hazırkı şəraitdə görünən odur ki, Tramp bu məsələdə İsrailə tam dəstək verir. Müharibə hələ ki, real görünmür. Ən azından bu il ərzində başlamayacaq.

Çünki həm də İran müharibədən qaçmağa çalışacaq, müəyyən qədər öz mövqelərini müdafiə edəcək. Tramp özü də etiraf etmişdi ki, iranlılar savaşda uduzsa belə, masada heç vaxt uduzmur.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
10
turkustan.az

1Mənbələr