AZ

Zaqatalada avtomobil aşdı, xəsarət alanlar var - VİDEO

Ajans.az xəbər verir ki, axşam saat 21 radələrində Zaqatala şəhəri, Bayraq meydanı adlanan ərazidə hərəkətdə olan minik avtomobili aşıb.

İlkin məlumata görə, qəza zamanı xəsarət alan üç nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna aparılıb.

Hazırda yaralılara ilkin yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
38
8
Ajans.az

10Mənbələr