AZ

Şəkidə evdə yanğın baş verib

Şəki şəhərində yanğın qeydə alınıb.

Şəki şəhərinin Mirzə Fətəli Axundzadə prospekti, ev 45 ünvanında yanğın qeydə alınıb.

Operativ Media Fövqəladə Hallar Nazirliyi Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə istinadla bildirir ki, yanğın şəhər sakini Xatirə Məmmədzadəyə məxsus ikimərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində və çardaq hissəsində baş verib.

Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

İlkin ehtimala görə, yanğın odun sobasından baş verib.

Hazırda yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.

Seçilən
43
1
operativmedia.az

2Mənbələr