AZ

Məhkəmə bu şirkət barəsindəki protokolu ləğv etdi

“Amerikan Treydinq Kompani” şirkəti barəsində inzibati xəta haqqında işə xitam verilib. 

Valyuta.az xəbər verir ki, bununla bağlı Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova qərar çıxarıb. 

Məlumat üçün deyək ki, Mərkəzi Bank şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə protokol tərtib etmişdi. 

Bu maddəyə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Hüseyn

Seçilən
87
11
valyuta.az

10Mənbələr