![Xərçəng əleyhinə 5 qida: Döş, bağırsaq və ağciyər xərçəngi riskini](https://e-saglam.az/storage/news/middle/images/2025/2/xercenge-qarsi-qidalar.webp)
Xərçəng riskini azaltmaq üçün sağlam qidalanma vacibdir.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az bildirir ki, tədqiqatlar göstərir ki, bəzi qidalar hüceyrələri qoruyaraq və immun sistemini gücləndirərək döş, kolon və ağciyər xərçəngi riskini azalda bilər.
1. Zülalla zəngin qidalar
Yağsız quş əti, balıq, yumurta, paxlalılar və süd məhsulları hüceyrə təmirini dəstəkləyir. Protein qəbulu yeməyin glisemik yükünü azaldaraq, xərçəng hüceyrələrinin böyüməsinə mane ola bilər.
2. Giləmeyvələr
Qaragilə, çiyələk və böyürtkən antioksidantlarla zəngindir. Onlar sərbəst radikalları zərərsizləşdirərək ağız, döş və yemək borusu xərçəngindən qoruyur.
3. Zərdəçal
Zərdəçalda olan kurkumin antiinflamatuar təsir göstərir və bəzi xərçəng növlərinin yayılmasını azalda bilər. Onun daha yaxşı sorulması üçün qara bibərlə birlikdə istehlak edilməsi tövsiyə olunur.
4. Yaşıl çay
Yaşıl çayın tərkibindəki polifenollar xərçəng hüceyrələrinin yayılmasını ləngidir. Onun müntəzəm istehlakı döş, prostat və kolorektal xərçəng riskini azalda bilər.
5. Xaççiçəklilər fəsiləsindən olan tərəvəzlər
Brokoli, kələm və gülkələmi sulforafan maddəsi ilə zəngindir. Bu maddə iltihabı azaldaraq xərçəngin qarşısını almağa kömək edir.
Xərçəng riskini azaltmaq üçün işlənmiş qidalardan, şəkər və doymuş yağlardan uzaq durmaq tövsiyə olunur. Sağlam qidalanma, idman və düzgün yuxu ümumi sağlamlığınızı qorumağa kömək edə bilər.
Tərcümə: Könül Oruc