AZ

Neft Daşlarında və Günəşli yatağında olan boru sıradan çıxıb-Hər gün 300 ton neft dənizə axır.....

Fevral ayinin 5-dən etibarən Neft Daşlari və Günəşli yatağından nefti sahilə nəql edən 20 düymə neft xətti deşildiyi üçün dənizə sutkaliq 300 tondan artıq neft dənizə sızır.
 media-ddd

O qeyd edib ki, Azneft rəhbərliyi məcbur olub xəttə neft nəqlini dayandırıb. ( Buna baxmayaraq xəttdə qalan neft dənizə sizmaqda davam edir) Neft Daşlarında əmtəə neft yığım çənləri dolduğu üçün neft qaz quyuları baglanılır. Çənlərdəki neftin tankerlə sahilə daşınması da mümkün deyil.
 Mirvari Qəhramanlı məlumat verib ki, buna səbəb küləkli hava şəraitidir. Tanker yan ala bilmir.Fevral ayinin 6 – da tanker nefti yiğmaq üçün yan alsa da nefti götürə bilməyib. Buna səbəb isə çənlərdəki nefti Tankerə vurmaq üçün avadanlıqda texniki nazaslığın olması səbəb olub.
 mirvari Qəhramanlıya neftçilər tərəfindən verilən məlumat görə peşakarları uzaqlaşdırıb ,yerinə UBOK-dan gətirilən mütəxəsisləri ,və bütün günü Upstream(yuxarı axın) deyən qeyri peşəkar vitseləri gətirməyinizin nəticəsində onların qəbul etdiyi qərarların əziyyətini biz çəkirik. Gəlin öz qərarınızın əziyyətini elə özünüz də çəkin deyə unvanalana müraciətdə bildirirlb.
 Bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib. Mövzunu diqqətimizdə saxlayacağıq.
Seçilən
36
ekologiya.az

1Mənbələr