ABŞ-yə Avropa İttifaqına qarşı ədalətsiz və ya özbaşına gömrük rüsumları tətbiq edəcəyi təqdirdə sərt reaksiya veriləcək. Metbuat.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen belə açıqlama verib. ABŞ administrasiyasının AB-yə yeni tariflər tətbiq etmək istəməsi ilə bağlı danışan fon der Leyen, Vaşinqtonla ittifaq arasında geniş əlaqələr olduğunu ifadə edib. Von der Leyen ticarətin Atlantik okeanının hər iki tərəfindəki insanlar və müəssisələr üçün çox faydalı olduğuna diqqət çəkərək, AB və ABŞ iqtisadiyyatlarının bir-biri ilə əlaqəli olduğunu bildirib. Ursula fon der Leyen bildirib ki, tarifləri artırmaq işçilərə və istehlakçılara zərər verərək lazımsız iqtisadi pozulmalara səbəb olur. O, gömrük rüsumlarının tətbiqinin hər iki tərəfə ciddi xərclər gətirəcəyini vurğulayıb.