AZ

Zaqatalada avtomobil aşıb, xəsarət alanlar var

Zaqatalada minik avtomobili aşıb, iki nəfər xəsarət alıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə axşam saatlarında şəhərin Bayraq meydanı ərazisində baş verib.

Belə ki, minik avtomobilinin idarəetmədən çıxıb aşması nəticəsində Balakən rayon sakini 1993-cü il təvəllüdlü Paraşov Orxan Nurəddin oğlu və Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Abdullayev Sabir Fazil oğlu xəsarət alıblar.

Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə aparılıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
41
3
avtosfer.az

5Mənbələr