AZ

İtaliyada yanvarın "ən yaxşılar"ı bilindi

“Napoli”nin çalışdırıcısı Antonio Konte İtaliya A Seriyasında yanvar ayının ən yaxşı məşqçisi seçilib.

Fanat.Az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

“Napoli”nin futbolçusu Andre Zambo-Anqissa isə ötən ayın ən yaxşı oyunçusu elan edilib.

Xatırladaq ki, ötən ay neapollular ölkə çempionatında keçirdikləri 4 oyunun hamısında qalib gəliblər.

“Napoli” A Seriyasında 23 matçdan sonra 54 xalla birinci sırada qərarlaşıb.

Seçilən
7
fanat.az

1Mənbələr