Bu il keçiriləcək “Avroviziya 2025” mahnı müsabiqəsində təmsilçimiz “Mamagama” qrupunun ifa edəcəyi mahnının klipindən görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, klipdən ilk görüntüləri müsabiqənin yayım lisenziyasına sahib olan İTV yayıb.
Paylaşılan videoya “Gözlənilməzə hazır ol... Hekayəni təxmin edə bilərsən?” şərhi qeyd edilib.
Qeyd edək ki, İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmada Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Birinci yarımfinal mayın 13-də keçiriləcək.
Yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta