AZ

ABŞ-dan 11 minə yaxın miqrant Meksikaya deportasiya edilib - Prezident Şeynbaum

Bakı. Trend:

Meksika Prezidenti Klaudiya Şeynbaum bildirib ki, Donald Trampınyanvarın 20-də vəzifəyə başlamasından sonra ABŞ-dan 11 minə yaxınmiqrant Meksikaya deportasiya edilib.

Trend Qərbmətbuatına istinadən xəbər verir ki, bu rəqəmə təxminən 2,500Meksika vətəndaşı olmayan şəxs də daxildir.

Şeynbaumun sözlərinə görə, Meksikaya gətirilən bəzi miqrantlarkönüllü olaraq, qurudan və havadan Hondurasa qaytarılıb.

Qeyd edək ki, bu həftənin əvvəlində Şeynbaum ABŞ-nin Meksikamallarına tətbiq etmək istədiyi 25 faizlik rüsumların təxirəsalınması üçün Donald Trampla razılığa gəlib. Bunun müqabilindəMeksika ABŞ sərhədində miqrant axınının qarşısını almaq üçün MilliQvardiya qoşunlarını yerləşdirib.

Seçilən
7
az.trend.az

1Mənbələr