Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 21-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış matçında “Nant” doğma meydanda “Brest”lə qarşılaşıb. Qonaqlar bu oyunda inamlı qələbəyə seviniblər.
Günün digər oyunu son çempion və lider PSJ ilə əsas rəqiblərindən biri “Monako” arasında baş tutub. Paris təmsilçisi ev oyununda darmadağına sevinməklə zirvədəki mövqeyini daha da möhkəmləndirib.
21-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
21-ci tur
7 fevral
Nant – Brest 0:2
Qollar: Ayorke, 9. Melu, 90+6.
PSJ – Monako 4:1
Qollar: Vitinya, 6. Kvaratsxeliya, 54. Dembele, 57; 90 – Zakariya, 17.
8 fevral
20:00. Nitsa – Lans
22:00. Lill – Havr
00:05. Sent Etyen – Renn
9 fevral
18:00. Olimpik (Lion) – Reyms
20:15. Oser – Tuluza
20:15. Strasburq – Monpelye
23:45. Anje – Olimpik (Marsel)