AZ

Həyətində 102 zəhərli ilan tapan kişi gözlərinə inanmadı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avstraliyanın Sidney şəhərinin sakini evinin arxa həyətində 102 zəhərli ilanın olduğu yuva aşkarlayıb.
Oxu.Az-ın "9News"a istinadla xəbər verir ki, gördüyündən məəttəl qalan kişi ilanları tutmaqla məşğul olan "Reptile Relocation" şirkətinə müraciət edib.
İlanlar yuvalarını tökülmüş yarpaqların üzərində qurduğuna görə, onlardan biri ev sahibinin itini dişləyənə qədər diqqət çəkməyib.
Şirkətin mütəxəssisləri üç saat ərzində 102 aspid ilanını tutublar. Bunlar yalnız Avstraliyada yaşayan zəhərli ilanlardır və uzunluqları iki metrə qədər çatır. Bu növün nümayəndələri adətən aqressiv olmurlar və insanlarla qarşılaşmaqdan qaçırlar.
Tutulan ilanların hamısı təbiətə buraxılacaq.
Seçilən
22
oxu.az

1Mənbələr