WBA, WBO, WBC və IBO dünya çempionu Aleksandr Usik peşəkar boksdakı qonorardan danışıb.
Publika.az xəbər verir ki, o, peşəkar boksda inkişafın çox hissəsinin Səudiyyə Ərəbistanı ilə bağlı olduğunu bildirib.
– Media yazır ki, dünyanın ən bahalı döyüşü Floyd Meyvezerlə Menni Pakyao arasında olub. Bu döyüş 350 milyon dollar mükafatı qazandırıb. Mükafat fondu nədən formalaşır? Nə vaxtsa 1 milyard dollar mükafat fondu görəcəyik?
– Meyvezerlə Pakyao arasındakı döyüşdə 350 milyon dollar media gəlirlərindən toplanmışdı. Meyvezer xeyli PPV yayımını satmışdı.