AZ

Kerç boğazında ölən delfinlərin sayı 84-ə çatıb

Bakı. Trend:

Kerç boğazında tankerlərin qəzası və mazut sızıntısından sonraölən delfinlərin sayı 84-ə çatıb.

Trend xəbər verirki, bu barədə “Delfa” Delfinləri Xilasetmə Elmi-Ekoloji Mərkəziməlumat verib.

“Son məlumatlara görə, dekabrın 15-dən sonra 84 delfinin ölümüqeydə alınıb”, – Beley bildirib.

Onun sözlərinə görə, yanvarın sonundan sahilə atılan ölüdelfinlərin sayı azalıb.

“Hələlik gələcəkdə nə qədər delfinin öləcəyini proqnozlaşdırabilmirik. Balinakimilərdə ertələnən fəsadlar ola bilər: orqanizmdətoplanan toksikantlar immuniteti əhəmiyyətli dərəcədə azalda vəmüxtəlif xəstəliklərə yol aça bilər”, – Beley əlavə edib.

Əvvəllər mazut sızıntısından sonra təxminən 70 ölü delfinintapıldığı bildirilirdi.

Xatırladaq ki, dekabrın 15-də Kerç boğazında mazut daşıyan"Volqaneft 212" və “Volqaneft 239” tankerləri qəzaya uğrayıb. Heyətüzvlərindən biri ölüb, digərləri təxliyə edilib. Qəza sonucundadənizə təxminən 2,4 min ton mazut axıb.

Seçilən
31
6
az.trend.az

10Mənbələr