1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Almaniya kansleri Olaf Şolts Suriyanın müvəqqəti Prezidenti Əhməd Əş-Şaraa ilə telefon danışığı aparıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt məlumat verib.
Qeyd olunur ki, telefon danışığı zamanı Şolts Almaniya hökumətinin Suriyanın yenidən qurulmasına dəstək verməyə hazır olduğunu bildirib.