İtaliya sahillərində, Aeolian adalarında 4,8 bal gücündə zəlzələ qeydə alınıb.
OXU24.COM xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.
Məlumata görə, episentri Alicudi və Filicudi adalarının arasında olan zəlzələnin ocağı 17 kilometr dərinlikdə yerləşib.
Bölgədə ard-arda müxtəlif maqnitudalı 8 yeraltı təkan olub.
Zəlzələ İtaliyanın cənubundakı Siciliya adasında, o cümlədən Messina, Kataniya və Palermo şəhərlərində aydın hiss olunub, əhali arasında təşviş yaradıb.
Dağıntı və insan tələfatı olmayıb.