AZ

HƏMAS bu gün üç israilli əsiri azad edəcək

Atəşkəs sazişinə əsasən bu gün daha üç israilli əsir azad ediləcək.

HƏMAS İsraillə Dohada bağlanmış atəşkəs sazişinə əsasən bu gün daha üç israilli əsiri azad edəcək.

Operativ Media xəbər verir ki, sərbəst buraxılacaq əsirlərin üçü də mülki vətəndaşlardır və hər üçü kişidir (Eli Şarabi, Ohad Ben Ami və Or Levi).

Yanvarın 19-da Qəzzada atəşkəs rejimi qüvvəyə minəndən bəri HƏMAS hərəkatı 18 əsiri azad edib, bunun əvəzində Təl-Əviv öz həbsxanalarından 383 fələstinli məhbusu azad edib.

HƏMAS bu gün daha 183 məhbusun sərbəst buraxılaraq Qəzzaya qaytarılacağını bildirib.

Seçilən
100
50
operativmedia.az

10Mənbələr