AZ

Azərbaycanda satılmayan siqaretlərin həcmi 87% artıb

 2024-cü il ərzində 16 milyard 75,6 milyon ədəd siqaret istehsal edilib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu da 2023-cü ilin eyni dövrü ilə  müqayisədə 65,4 milyon ədəd və ya 0,4% artım deməkdir.

Ötən ilin eyni dövründə 16 milyard 10,2 milyon ədəd siqaret istehsal olunub.

2025-ci ilin 1 yanvar tarixinə ehtiyatda qalan məhsulun həcmi əvvəlki iliin eyni dövrü ilə müqayisədə 508 milyon ədəd və ya 86,2% artaraq 1 milyard 97 milyon ədədə çatıb.

Qeyd edək ki2024-cü ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsində 2 milyard 726,5 milyon manatlıq içki və siqaret məhsulları satılıb.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-dekabr aylarına nisbətən 0,4% azdır.

Ötən ümumilikdə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,4% faizi içki və siqaret məhsullarının alınmasına sərf olunub.

Təkcə dekabr ayında içki və siqaretə xərclənən vəsaitin məbləği isə 441,7 milyon manat təşkil edib.

Seçilən
20
fed.az

1Mənbələr