AZ

Obamanı terrorçu ilə səhv saldılar

CNN telekanalı canlı yayım vaxtı keçmiş ABŞ prezidenti Barak Obamanı terrorçu Usama bin Ladenlə səhv salıb.

Olaylar.az bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Verilişlərdən birinin yayımı zamanı telekanal qanunsuz miqrantların Quantanamoya yerləşdirilməsi ilə bağlı sujet göstərib. Sujetdə Bin Ladenin yaxın müttəfiqi Əbu Zubeydədən söz gedəndə, ekranda "Obama Bin Ladenin müttəfiqi Əbu Zubeydə" titri peyda olub.

Telekanal bu səhvi şərh etməsə də, bu texniki xəta sosial şəbəkələrdə böyük əks-səda doğurub, bəziləri hətta redaktorların qəsdən belə titr efirə verdiklərini iddia edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
38
6
olaylar.az

7Mənbələr