AZ

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı ŞAD XƏBƏR

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu türk dünyasını birləşdirəcək nəhəng layihə olan Zəngəzur dəhlizi ilə bağlı önəmli açıqlamalar verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Uraloğlu "TRT News"a xüsusi müsahibəsində bildirib.

O, layihənin son durumu ilə bağlı məlumat verib.

"Zəngəzur dəhlizinin Azərbaycan tərəfindəki hissəsinin 50%-dən çoxu tamamlanıb. Mövsümi şəraitlə bağlı bu il öz tərəfimizdə işlərə başlayacağıq", - nazir bildirib.

Uraloğlu vurğulayıb ki, dəhlizin başa çatması ilə Türkiyənin Azərbaycana və Türk Dünyasına birbaşa çıxışı olacaq.

Milli.Az

Seçilən
34
8
milli.az

9Mənbələr