AZ

Qatarların sürət həddi endirildi – Hava şəraiti ilə bağlı


Sərnişin və yük qatarlarının sürət həddi endirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.
Məlumata görə, ADY Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı, Bakı–Qəbələ–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib.
“Bununla əlaqədar qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər. Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmalarını xahiş edirik”, - məlumatda bildirilib.
Seçilən
76
35
yeniavaz.com

10Mənbələr