“Real”ın vingeri Vinisius Juniorun agentləri 24 yaşlı futbolçu ilə yeni müqaviləni müzakirə etmək üçün klub rəhbərliyi ilə ilk görüşü keçiriblər.
Publika.az xəbər verir ki, bu barədə “Relevo” məlumat verib.
Mənbənin məlumatına görə, bu görüşdə “Real” yeni əmək müqaviləsinə əsasən Vinisiusa ödəməyə hazır olduğu maaşı açıqlayıb. Braziliyalı oyunçunun agentləri hesab edirlər ki, onların müştərisi daha çox qazanmalıdır.