Liqa mərhələsinin ən yaxşı qolu açıqlandı - Çempionlar Liqası
Çempionlar Liqasının Liqa mərhələsində vurulmuş ən yaxşı qol bəlli olub.Manset.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Azarkeşlərin səsverməsinə əsasən, İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Juniorun dəqiq zərbəsi ən yaxşı seçilib. Braziliyalı oyunçunun VII turda Avstriyanın “Zaltsburq” komandasına 77-ci dəqiqədə vurduğu qol fərqləndirilib.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinə fevralın 11-də start veriləcək.