AZ

ABŞ-da “erməni qonaqpərvərliyi”

Nikol Paşinyanın ABŞ-yə gedişinin rəsmi məqsədi beşinci illik “Beynəlxalq dini azadlıq sammiti”ndə iştirak olsa da, səfər bir neçə amil baxımından maraq kəsb edirdi. İlk növbədə ona görə ki, Bayden administrasiyasının son günlərində tələsik imzalanmış strateji münasibətlərə dair sazişi Trampın ətrafından heç kim indiyədək şərh etməyib. Bu rəsmi “iqnor” atmosferində Ermənistan liderinin Vaşinqtonda necə qarşılanacağı və yaxud rəsmi şəxslərdən kimlərlə görüşəcəyi ölü doğulmuş anlaşmanın gələcək müqəddəratına dair ip ucu verə bilərdi. İkincisi isə strateji paktın bir sıra müddəalarının həyata keçməsi tarixin arxivinə atılmış USAID vasitəsi ilə icra olunacağından agentliyin qapanması fonunda erməni lobbisi və diasporunun davranışı maraq doğururdu. Həm USAID kimi donordan olan, həm də rəsmi strukturlar tərəfindən inkar edilən Paşinyan bütün bunlara rəğmən ilk və bəlkə də ən ağrılı zərbəni soydaşlarından - ABŞ-də yaşayan ermənilərdən aldı.

Çörək verənə arxa çevirmək və xəyanət etmək erməni xalqının genetik kodunda yazılıb. Tarix boyu çox himayədar satmış ermənilər bu dəfə özlərindən olan Paşinyana qarşı da amansız oldular. ABŞ-yə ayaq basdığı andan onu müşayiət edən yerli ermənilər baş naziri hər yerdə sərt tənqid atəşinə tutub, qorxaqlıqda və 30 ilə yaxın müddətdə işğal altında saxladıqları Azərbaycan torpaqlarını “itirməkdə” günahlandırdılar. Mövzudan uzaqlaşmayaraq qeyd edək ki, bundan əvvəl onlar Serj Sarqsyanı diasporun ayırdığı ianələri “yemək”də, Robert Köçəryanı isə Rusiyaya meyillilikdə suçlayırdılar. Ermənistanı Qərblə inteqrasiyaya yönəldən Paşinyan həmyerlilərindən daha xoş münasibətə ümid etsə də, göründüyü kimi, gözləntilərində yanılmış oldu.

Trampa lazım olmayan “strateji münasibətlər”

Paşinyanın ABŞ-də olduğu müddətdə istədiyi rəsmi şəxslərlə görüşə bilməməsi səfərin uğursuzluğunun başlıca göstəricisidir. Çünki mümkün deyil ki, bir dövlətin strateji tərəfdaşı olan digər ölkənin lideri yüksək səviyyədə qəbul edilməsin. Bu miqyaslı sənədlər adətən hakimiyyətlər və ya ayrı-ayrı simalar arasında imzalanmır, daha geniş anlamda dövlətlərin birgə maraqlarını ehtiva edir. Paşinyanın səfərinin qulaqardına vurulması göstərir ki, birincisi, Ermənistanı bir dövlət olaraq ciddiyə alan yoxdur, ikincisi isə USAİD çapda qurumu neytrallaşdırmaqla bütün dünyaya yardımı kəsən Tramp üçün İrəvanı bəsləməyə nə vaxt, nə pul, nə də səbir var. Odur ki, Paşinyanın ümidi qalır yalnız Makron Fransasına. Makron isə itirə-itirə gedir ki, ən böyük itkisi də Fransa boyda dövlətin dünyadakı imici və reputasiyasıdır.

USAID-sız Ermənistana çox çətin olacaq

ABŞ hökumətinin xarici yardımlarını tənzimləyən qurumun qapanması Ermənistanın xarici siyasətinə dəymiş ən böyük zərbələrdən biridir. USAID-in Ermənistanın həyatındakı rolu ölçüyəgəlməzdir. Həm həyata keçirilən layihələrə dəstək, həm də Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən ermənipərəstliyi baxımından. Qurumun ermənidən daha çox erməni olan sabiq rəhbəri Samanta Pauerin bizə qarşı düşmən mövqeyi yaddaşlardan hələ silinməyib.

Seçilən
14
publika.az

1Mənbələr