AZ

Azərbaycan millisi Misirə yollandı

Çimərlik voleybolu üzrə qadınlardan ibarət Azərbaycan millisi Misirin Hurqa şəhərinə yollanıb.

 

Bu barədə Sfera.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

 

Yığma sözügedən ölkədə təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesi fevralın 28-dək davam edəcək.

 

Komanda toplanış çərçivəsində Afrika qitəsinin çimərlik voleybolu üzrə açıq çempionatı olan “The Clash Beach Volleyball Marathon” turnirinə də qatılacaq.

Seçilən
43
9
sfera.az

10Mənbələr