AZ

Trampın gözlədiyi olmadı: Onu "dəli edən" nədir?

ABŞ prezidenti Donald Tramp ölkədən deportasiya edilən miqrantların sayının az olmasından qəzəblənib və “dəli olur”.

Publika.az “RT in Russian” kanalına istinadən xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

ABŞ-ın 47-ci prezidentinin andiçmə mərasimindən sonra bir gündə həbs edilən miqrantların sayının 1100 nəfərə çatdığı bildirilir.

Həmçinin qeyd edilir ki, Trampın il ərzində 1 milyon qeyri-qanuni immiqrantın deportasiya edilməsi ilə bağlı bəyan etdiyi məqsədə çatmaq üçün polis hər gün 2700-dən çox insanı həbs edib deportasiya etməlidir.

Seçilən
4
publika.az

1Mənbələr